Maraqlı

Radarlar sürətlə gedəni "tuturdu", indi isə...

2 İyul 2015 14:11
0 Şərh     Baxış: 7 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin sonun kimi Azərbaycanda avtomobillərin sığortalı olub-olmamasının radarlar vasitəsilə müəyyən edilməsi mümkün olacaq.

APA xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov jurnalistlərə açıqlamasında bildirib.
 
N. Xəlilovun sözlərinə görə, bu gün artıq Dövlət Yol Polisinin müəyyən texniki vasitələri var ki, onlar avtomobilin nömrəsini oxumaqla avtomobil barədə məlumatları əldə edə bilirlər. "Yaxın zamanlarda həmin texniki vasitələr İcbari Sığorta Bürosunun məlumat bazasına inteqrasiya olunacaq və radara düşən avtomobilin sığortalı olub-olmaması müəyyən ediləcək. Müəyyən texniki məsələlər həll olunandan sonra, bu, cari ilin sonuna mümkün olacaq", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.