Maraqlı

Ancelina Colinin "əkiz"i: "Bred Pittimi axtarıram" - FOTO

2 İyul 2015 11:42
4 Şərh     Baxış: 2 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ancelina Coliyə çox bənzədiyimi, hətta əkiz olduğumuzu deyirlər. Mən də öz Bred Pittimi arayıram".

Kanadanın Vankuver şəhərinin sakini, 27 yaşlı Veronika Blək məşhur aktrisa, Hollivud ulduzu Ancelina Coliyə çox bənzəyir. Kanadalı modeli sürəkli olaraq A.Coli ilə qarışıq salırlar, aktrisaya oxşadırlar.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Veronika Bləkin sözlərinə görə, zahiri görünüşü onun yaşamını çətinləşdirib.

"Qadınlar mənimlə danışmaq istəmirlər. Onlar düşünürlər ki, ərlərini, sevgililərini əllərindən almaq istəyirəm. Məni az qala vampir sayırlar. Ona görə də rəfiqələrim, dostlarım çox azdır", - V.Blək söyləyib.

Kanadalı modelin sözlərinə görə, o, normal ailə qurmaq, ərə getmək, ana olmaq istəiyr: "Mən də öz Bred Pittimi arayıram".
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.