Maraqlı

92 yaşlı nənənin qarnında 50 illik döl...

2 İyul 2015 13:57
2 Şərh     Baxış: 2 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çilidə 92 yaşlı qadın qarnında kəskin ağrılardan şikayətlənərək xəstəxanaya yollanıb. Müayinədə isə həkimlər heyrətləniblər.

San-Antonio şəhərinin sakini olan qadın pilləkəndən yıxılandan sonra qarnının bərk ağrıdığını deyirdi.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, 17 nəvəsi olan qadının qarnında 50 il əvvəl ölən və mumiyalaşan döl aşkarlanıb. 

Qadın hamilə qaldığından bixəbərdi. Döl öləndə də o, narahatlıq və ya ağrı hiss etməyib.
Həkimlər ölən və mumiyalaşan dölə toxunmamaq qərarına gəliblər, çünki cərrahiyyə əməliyyatı yaşlı qadın üçün çox riskli idi.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.