Maraqlı

Qəssabdan aldığı ət "dirildi" - VİDEO - FOTO

1 İyul 2015 14:45
12 Şərh     Baxış: 4 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

32 yaşlı Muay Çen adlı qadın qəssabdan aldığı əti evə gətirəndə qorxulu anlar yaşayıb. Çünki mətbəxdəki masanın üzərinə qoyulmuş ət parçası hərəkət etməyə, "döyünməyə" başlayıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hadisə Çinin şərqindəki Şandun vilayətində yaşayıb.

"Qəssabdan təzə kəsilmiş dananın ətini almışdım ki, evdə onu qızardım. Əti evə gətirib masanın üstünə qoydum. Ət tərpənməyə başladı. Çox qorxdum, oğlumu çağırdım", - M.Çen deyib.

Muay Çenin oğlu da smartfonu ilə tərpənən ətin videosunu çəkib.

Bioloq Lu Suenin dediyinə görə, ət parçasının titrəməsi və "döyünməsi" onun üzərindəki əsəb lifləri ilə sinirlərin yığılıb açılması ilə bağlıdır: "Yeni kəsilmiş heyvanlarda belə olur. Mərkəzi sinir sisteminin ölməsinə rəğmən sinir ucları kəsimdən bir müddət sonra fəaliyyətdə olurlar".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.