Maraqlı

Roma Papasının narkotik həvəsi

30 İyun 2015 14:34
1 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun ortalarında Latın Amerikasına səfər edəcək Roma Papası Fransisk Boliviyada koka yarpaqlarının tamına baxmaq istəyir. Kokain kollarında bitən bu yarpaqlar yüz ilə yaxındır ki, dünyada kokain istehsalı üçün əsas xammal kimi işlədilir. 

Anspress-in məlumatına görə, pontifikin bu planı barədə Boliviyanın mədəniyyət naziri Marko Maçikao məlumat verib. "Müqəddəs Ata səfər çərçivəsində xüsusi olaraq koka yarpağı çeynəmək imkanı xahiş edib", - deyə nazir vurğulayıb.

Maçikao deyib ki, "xüsusi olaraq ona mate (tərkibində kofein olan içki) və bir sıra başqa milli məhsullar" təklif ediblər, amma Roma Papası məhz koka yarpaqlarında israr edib. 

Nazirin sözlərinə görə, koka yarpağı Yunqas bölgəsindən gətiriləcək: "Biz bilirik ki, ən dadlı və çeynəmə zamanı ən xoş olan koka həmin bölgədə bitir". Roma papasının 8-10 iyulda Boliviya, Ekvador və Paraqvaya səfər edəcəyi gözlənilir. 

Boliviya dünya üzrə əsas koka istehsalçılarından biridir. Amma yerli hakimiyyət narkotik ticarətçilərinə qarşı amansız mübarizə aparır. Buna baxmayaraq, ölkə prezidenti Evo Morales kokain kollarını bitki kimi müdafiə edir. Onun fikrincə, koka narkotik deyil və And əhalisinin mədəni irsidir. Morales hətta xüsusi bayram - milli koka yarpaqlarının çeynəmə günü təsis edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.