Maraqlı

Qarabağ üçün oxudular - VİDEO

30 İyun 2015 13:25
8 Şərh     Baxış: 1 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ üçün oxu" layihəsinin birinci buraxılışını təqdim edirik.

Milli.Az azvizion.az-a istinadən bildirir ki, "Qarabağ üçün oxu" - məşhur qlobal layihənin ("Playing for Change") Azərbaycan versiyasıdır. Layihə `Səslərimizi Qarabağ üçün birləşdirək!` şüari altında həyata keçirilir. 

İlk buraxılışda 150 peşəkar və həvəskar musiqiçi iştirak edib. Onların arasında bütün ölkədə tanınan və sevilən ifaçılar, o cümlədən, xalq artisti Flora Kərimova, İlham Nəcəfov, Natiq Şirinov, Şirzad Fətəliyev, Ehtiram Hüseynov, Mansurov qardaşları, Həsənağa Sadıqov və başqaları da var.

Layihə iştirakçıları 3 mahnı ifa ediblər: "Durnalar", "Qarabağ" və "Yaşa, Azərbaycan". Çəkilişlər Azərbaycanın 17 rayonunda aparılıb. Həmçinin 7 xarici ölkədən iştirakçılar da qatılıblar. 

Qeyd edək ki, layihənin rəhbəri AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov, bədii rəhbər və aranjmançı gənc müğənni Ramal Rəsul, layihənin musiqi məsləhətçisi Tural Bakuvi, rejissoru Elvin Rüstəmzadə, montaj rejissoru Azər Həsənov, koordinatorlar Yaqub İlyasov və Gülsüm Məcidovadırlar.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.