Maraqlı

Afinada ictimai nəqliyyatı bir həftəlik pulsuz etdilər

29 İyun 2015 22:20
0 Şərh     Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, Afinada avtobus, metro və trolleybus 1 həftə pulsuz işləyəcək.

Yunanıstan höküməti bir həftə ərzində Afinanın ictimai nəqliyyatında gediş haqqını ləğv edib.
Ölkənin nəqliyyat naziri bildirib ki, şəhər sakinləri metrodan, avtobus və trolleybuslardan pulsuz istifadə edə bilər.
Bununla belə, şəhərətrafı qatarlarda gedişhaqqı ləğv olunmayıb.
Qərar bu gün ərzində qüvvəyə minəcək və ancaq paytaxta şamil olunacaq, çünki başqa şəhərlərdə ictimai nəqliyyat şəxsi şirkətlərin əlindədir.
Nazir onu da deyib ki, gediş haqqının ləğvi bir az əvvəl bankların bir həftəlik bağlanması və bankomatlardan nəğd pul çıxarılmasının məhdudlaşdırılması ilə bağlıdır.
Yunanıstan hakimiyyəti belə hesab edir ki, belə bir şəraitdə vətəndaşların həyatını imkan daxilində yüngülləşdirməyə borcludur.
Bankları bağlamaq qərarı Yunanıstanın mümkün ola biləcək defoltu haqqında yayılan şaiyələrə görə qəbul olunmuşdu. Bu şaiyələr isə xarici kredit verənlərlə danışıqların növbəti mərhələsinin nəticəsiz sonluğunun ardınca yayılmağa başlayıb.
Banklar əhali arasında yayıla biləcək panika baş verdiyi təqdirdə böyük məbləğdə itkilərə yol verməmək məqsədi ilə bağlanıb.
Bankomatlardan nəğd pul çıxarılmasının məhdudlaşdırılması haqqında qərar Yunanıstanın xaricində buraxılan bank kartları sahiblərinə aid deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.