Maraqlı

Dünyada ilk dəfə: kosmosda göy qurşağı göründü - FOTO

24 İyun 2015 11:20
0 Şərh     Baxış: 1 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri dünyada ilk dəfə kosmosda göy qurşağının görüntülərini əldə ediblər.

Milli.Az CNN-ə istinadən bildirir ki, NASA-nın "Chandra X-ray" kosmik rəsədxanası neytron ulduzun partlayışı nəticəsində əlvan, parlaq həlqələrin fotolarını çəkib. 

Bu, kosmosda indiyədək qeydə alınmış ən böyük, ən parlaq rentgen əks-sədasının həlqələridir və onlar göy qurşağı formasında olublar.
Həlqələr "Circinus X-1" adlı ikiqat rentgen ulduz sisteminin ətrafında qeydə alınıb. Bu sistem əsas ulduzun ətrafında fırlanan neytron ulduzlardan ibarətdir.
Alimlərin fikrincə, göy qurşağı formasında olan rentgen əks-sədası "Circinus X-1" sisteminin Yerdən təxminən 30700 işıq ili məsafəsində olduğunu göstərir.
"Bu sistemi "Üzüklər hökmdarı" adlandırmaq istərdik, amma onun Sauronla heç bir əlaqəsi yoxdur", - araşdırma qrupunun rəhbərlərindən biri, Avstraliyadakı Yeni Cənubi Uels Universitetinin professoru Maykl Berton zarafatla deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.