Maraqlı

Adi qadın əzələli xanıma çevrildi - VİDEO - FOTO

5 Sentyabr 2015 17:45
1 Şərh     Baxış: 1 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yaşadığım ölkədə qadının bodibildinqlə məşğul olması, əzəzəli görünməsi adi hal deyil. Daha doğrusu, məşğuliyyətim tənqid olunur. Lakin heç nəyə fikir vermirəm və bodibildinqlə məşğul oluram".
32 yaşlı Aşvini Vaskar Hindistanın populyar qadın bodibilderlərindən biridir.
Milli.Az Barcroft-a istinadən bildirir ki, cəmiyyətdəki stereotiplərə qarşı çıxan Aşvini ötən il izafi çəkiyə malik, vücudundan narazı qadındı. O, indi də davranışını dəyişməyib və trenajor zalından kənarda hind qadınlardan fərqlənmir.
Fərq Aşvininin bodibildinq turnirlərinə qatılması və idmanı çox sevməsidir.
O, "Ajit Bharat Shree Bodybuilding Competition" bodibildinq müsabiqəsində qalib gələndən sonra Mərkəzi Balıqçılıq Təsərrüfatı İnstitutundakı (Central Institute of Fisheries Education) böyük elmi işçi vəzifəsini tərk edərək bütün diqqətini bodibildinqə yönəldib.
Aşvinin dediyinə görə, ona ən ciddi dəstəyi verən atası Balaçandradır. 
"Atam hətta qızıl boyunbağısını sataraq məni müsabiqəə yollamışdı", - Aşvini deyir.
Milli.Az

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.