Maraqlı

Məşhur azərbaycanlılar Çini fəth etdilər - FOTO

10 İyun 2015 12:33
0 Şərh     Baxış: 1 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada yaşayan məşhur azərbaycanlı aşpaz, kulinar, teleaparıcı Stalik Xankişiyevin "Kazan" kitabı Çinin Yantay şəhərində keçirilmiş "Guormand" müsabiqəsində qalib gəlib.

Milli.Az həmyerlimizin saytına istinadən bildirir ki, "Kazan" (Qazan) kitabı "Ən yaxşı müəlliflər və şeflər" nominasiyasının qalibi olub.
"Gourmand" müsabiqəsinə 205 ölkədən minlərlə kitab təqdim olunmuşdu.
Bununla yanaşı, müsabiqədə soydaşlarımızın daha 4 kitabı qələbəyə nail olub.
Düynaca məşhur azərbaycanlı kulinar Tahir Əmiraslanovun Leyla Rəhmanova ilə birlikdə yazdığı və Britaniyada çap olunmuş əsəri, Fəridə Buyuranın ABŞ-da dərc edilmiş kitabı, Təbrizli Samirə xanımın kitabı da triumfator olublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.