Maraqlı

Radanın deputatı Azərbaycan mahnısı oxudu - VİDEO

29 May 2015 12:06
1 Şərh     Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın tanınmış estrada ulduzu, Ali Radanın deputatı Zlata Oqneviç sözləri şair Fikrət Qocaya, musiqisi Polad Bülbüloğluya məxsus olan "Gəl, ey səhər" mahnısını ifa edib.

APA-nın Azərbaycanın Ukraynadakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, Zlata Oqneviç deyib ki, bu mahnını ifa etməklə Azərbaycanın mədəni irsinə sevgisini, Azərbaycan xalqının ənənələrinə hörmətini və əfsanəvi bəstəkar-müğənni Polad Bülbüloğluya rəğbətini bildirmək istəyib.

Mahnının klipi artıq internetdə yayılıb.

Qeyd edək ki, Z. Oqneviç Ukraynanı 2013-cü ildə "Eurovision" müsabiqəsində təmsil edib. O, ötən il keçirilən növbədənkənar parlament seçkilərində Oleq Lyaşkonun Radikal Partiyasının siyahısından millət vəkili seçilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.