Maraqlı

Tarkan həccə gedir

28 May 2015 15:27
5 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə və eyni zamanda dünyada da kifayət qədər tanınan məşhur müğənni Tarkanın ümrə ziyarətinə gedəcəyi deyilir.

Anspress-in məlumatına görə, meqastarın ziyarəti yaxın günlərdə baş tutacaq. Sənətçi bunun üçün bir səyahət şirkəti ilə razılığa gəlib.

İfaçının iki gün Məkkədə, iki gün də Mədinədə qalacağı bildirilir.

Dörd yaxın adamı ilə yola çıxan Tarkan səyahətə görə hər adam üçün 6 min avro ödəyəcək. Sənətçiyə və birlikdə yola çıxacağı adamlara ümrə ziyarəti zamanı VİP xidmət göstəriləcək.

Onun yanında bir tərcüməçi və mühafizəçi də olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.