Ötən ay dünyasını dəyişən müğənni Kayahanın atasının səhhəti pisləşib.
Anspress-in məlumatına görə, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdikdən sonra dünyasını dəyişən məşhur türkiyəli müğənni Kayahanın "qırx mərasimi"ndə atası Süleyman Açarın səhhəti pisləşib.
Yaşlı kişi dərhal xəstəxanaya aparılıb. Aprelin 3-də oğlunu itirən atanın yanından gəlini İpek Açar bir an da olsun ayrılmır.
Vəziyyəti ağır olan S.Açarın oğlunun son nəfəsini verdiyi Acıbadem xəstəxanasında reanimasiyada olduğu bildirilir.
Qeyd edək ki, bu ilin apel ayında vəfat edən müğənni uzun müddət xərçəng xəstəliyindən müalicə olunub. İlk dəfə 1990-cı ildə ayağındakı yağ kistasını müayinə etdirmək üçün xəstəxanaya gedib və ona xərçəng diaqnozu qoyulub. Onun altı ay ömrü qaldığı deyilib. Lakin Kayahan heç zaman xəstəliyə tabe olmayıb və mübarizə aparıb.
Milli.Az