Maraqlı

İlk transseksual məktəb direktoru - FOTO

27 May 2015 22:15
2 Şərh     Baxış: 2 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərbi Benqal əyalətində məktəb direktoru vəzifəsinə ilk dəfə transseksual namizəd Manabi Banerjee təyin edilib. 

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, direktorların seçimini edən heyətin rəhbəri Dipak K. Kar yalnız qızların qəbul edildiyi bir məktəbə müdirə transseksual namizəd Manabi Banerjeenin təyin edildiyini, onun yeni vəzifəsinə 9 iyunda başlamasının gözlənildiyini söyləyib.

Kar 20 ildən çox müddətdir müəllimlik edən Manabi Banerjeenin lazımlı idarəçilik təcrübəsinə sahib olduğunu qeyd edib.

Hindistandakı transseksualr qərarı sevinclə qarşılayıb. 

Qeyd edək ki, Hindistan Ali Məhkəməsi keçən il transseksualları qanunla "üçüncü cins" olaraq tanınmasına hökm etmiş, onların təhsil, məşğulluq və səhiyyə sahələrində azlıq hüquqlarından və imtiyazlardan istifadə imkanlarının olması barədə qərar qəbul etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.