Maraqlı

Bəs bu qadınlar nə geyinsinlər? - FOTO

24 May 2015 17:59
1 Şərh     Baxış: 1 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, publika.az-ın dəb bölməsində armud tipli bədən quruluşundan danışılır.

İncə bel və geniş, iri omba armudvari bədən quruluşunun əsas əlamətidir.

Dünyadakı qadınların az qala 60 faizi bu bədən tipinə sahibdir. Hətta dünya ulduzlarının bir çoxu da armudvari bədən quruluşu ilə diqqət çəkir.

Bəs, belə qadınlar necə geyinməlidirlər?

Stilist Pınar Baysal armud tipli bədənə sahib olanların geyim seçərkən aşağıdakı qaydalara əməl etmələrini məsləhət görür:

Armudvari bədəndə omba iri olduğu üçün diqqəti bu hissədən uzaqlaşdırıb, vücudun üst hissəsinə çəkmək lazımdır. Qayıq yaxalı, asimmetrik bluzlar çiyinləri daha geniş göstərdiyi üçün ideal seçim hesab edilə bilər.

Düz qələm ətəklər, bədənə yapışan kaprilər də uyğundur.

Bədənin üst tərəfi üçün seçilən geyimlər maksimum dərəcədə naxışlı, bəzəkli və rəngli olmalıdır. Şalvar və ətəkdə isə əlavə bəzəklərdən və naxışlardan uzaq durmaq məsləhətdir.

Ombanı örtən uzun köynəklər armudvari bədənə sahib olan qadınların ən yaxşı köməkçisi ola bilər.

Armud tipli bədəni olanlar qalın parçalı, iri naxışlı şalvarlar, qat-qat ("skladka"lı) ətək və şalvarlar, həmçinin, parlaq parçalardan tikilmiş geyimlər geyinməməlidir.

Armudvari bədənə sahib olanlar kəmərdən istifadə edə bilərlər. Bel hissəsi incə olduğu üçün kəmər onları daha incə və zərif göstərəcək. Dəbdəbəli sırğalar, boyunbağılar diqqəti üst bölgəyə çəkəcəyi üçün ideal seçimdir.

Şapka, yaylıq, eynək kimi diqqətçəkici aksessuarlar da armudvari bədənə sahib olanlar üçün uyğundur. Onlar orta böyüklükdə, çiyindən asılan çanta modellərinə üstünlük verməlidirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.