Maraqlı

Keçmiş mer dağa dırmandı

23 May 2015 09:04
0 Şərh     Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2002-2010-cu illərdə Praqanın meri (primatoru) vəzifəsində çalışmış Pavel Bem builki mövsümdə Himalay dağlarında hansısa nailiyyət əldə edən azsaylı alpinistlərdən biri olub.

Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir ki, 51 yaşlı alpinist Fransanın Qrenobl şəhərindən olan gənc idmançı Daniel de Qabey ilə Manaslu (8163 m) zirvəsinə qalxıb.

Qalxma Alp üslubunda keçib. Alpinistlər oksigensiz və köməksiz 4 günə marşrutun öhdəsindən gələ biliblər. Əldə olan məlumatlara görə, onlar qayıdan zaman marşrutun bir hissəsini xizəklə düşüblər.

2011-ci ildə P.Bem "Yeddi zirvə" proqramını tamamladı, lakin bu onun siyasi həyatına böyük zərbə vurdu.

Vinson ekspedisiyası zamanı bədxərclik ittihamı üzrə başlayan araşdırma nəticəsində P.Bemin imicinə zərər verən korrupsiya ittihamları silsiləsi başladı. Bundan əvvəl hər kəs onu növbəti prezident kimi görürdüsə, sonradan bu münasibət dəyişildi.

Lakin bu gün Çexiyada populyar siyasətçi olmadığına görə keçmiş həkim-psixiatr və narkoloq, dinamik, idman sevən P.Bem yenə də reytinqlərin liderinə çevrildi.

Əlavə edək ki, 2012-ci ildə Pavel K2-yə qalxaraq, bunu bacaran üçüncü çexiyalı və birinci siyasətçi olub. P.Bem fəal idman həyatına davam etməkdədir. O, məşq edib xizək alpinizmi üzrə yarışır, su slalomu üzrə çıxışlar edir. Keçmiş mer, həmçinin Praqanı beynəlxalq idman paytaxtı kimi irəli çəkib, onu Olimpiya Oyunlarını qəbul edə biləcək şəhər kimi təqdim edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.