Maraqlı

Mütaliəni sevənlərin bildiyi 10 həqiqət

18 Aprel 2015 22:50
0 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən "Mütaliəni sevənlərin bildiyi 10 həqiqət" yazısını təqdim edir.
 

1. Kitab oxuyanlar heç zaman tək darıxmazlar, Whats app-da online görünməz, Facebook çatını açmazlar. Tək olsalar belə sevimli bir kitabları yanlarında olduğu müddətcə məsud olarlar. 

2. Ətrafda baş verən hadisələrə biganə qalar, sərt reaksiyalar verməz, əsəbiləşməzlər. Çünki onların öz dünyaları var. 

3. Başqalarının dərdinə acıyar, güclü empatiya qurar və həyatda gördüklərini oxuduqları ilə müqayisə etməyə həvəsli olarlar. 

4. Hər yerdə oxumağı bilərlər. Metroda, avtobusda, parkda, gözləmə salonlarında. 

5. Bəzən tənbəllikdən yox, kitab gec bitsin deyə yavaş-yavaş oxuyarlar. 

6. Nə qədər çox oxusalar o qədər yalqızlaşar, amma elə o qədər də xoşbəxt olarlar. 

7. Kitab oxuduqca bəyəndikləri cümlələri bir kənara yazar, gözəl hissələrin altını xətləyərlər. İkinci əl kitab oxuduqda isə ilk oxucunun qeydlərindən o oxucunun düşüncəsini axtararlar. 

8. Ancaq sifətinə baxmaqla, o adamın kitab oxuyan olub-olmadığını bilmək kimi qəribə bir vərdişə yiyələnər. 

9. Sevdikləri romanların filmlərinin çıxması haqda xəbərləri laqeydliklə qarşılayar, çox məcbur qalmazsa o filmlərə getməzlər. 

10. Oğlanlar "qız tovlamaq üçün kitab oxuyur" tənələrinə fikir verməz, qızları isə "tay-tuşunun uşağı məktəbə gedir" qeybətinə qulaq asmazlar.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.