Maraqlı

Hamiləlikdə böyük təhlükə: varikoz

5 May 2015 21:55
0 Şərh     Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hamilə qadınların əksəriyyəti varikoz xəstəliyinin risk qrupuna daxildirlər. İlk hamiləlikdə varikoz problemi çox az hallarda yaşansa da, hamiləliyin sayı artdıqca bu xəstəliyin ortaya çıxma ehtimalı da artır. 

Hamiləlikdə varikozun yaranmasını əngəlləmək üçün nələr etməli? 

Milli.Az lent.az-a istinadən bildirir ki, erkən doğuşa səbəb ola biləcək varikozun qarşısını almaq üçün bu tövsiyələrinə əməl edin: 

Hamiləlik zamanı uzun müddət ayaq üstə qalmayın. 

Alçaq stullarda oturmaqdan çəkinin və sərt kənarların ayağa toxunmamasına diqqət edin. 

Mümkün olduqca çox gəzin, qaçın, velosiped sürün. 

İsti su ilə çimməyin. Uzun müddət günəşin altında qalmayın. 

İsti havalarda, ya da idmandan sonra ayaqlarınızı soyuq su ilə isladın. 

Gecə yatarkən, ya dincələrkən ayaqlarınızı ürək səviyyəsinə çatacaq məsafəyə qədər qaldırın. 

Həkiminizin məsləhət gördüyü varikoz əleyhinə corab geyinin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.