Maraqlı

Heyrətamiz araşdırma: saqqal mikrob, çirkab mənbəyidir? - FOTO

5 May 2015 13:28
0 Şərh     Baxış: 5 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saqqal saxlayan kişilərin üzündə mikrobların daha çox olduğu vurğulanır. Hətta o da iddia olunur ki, saqqaldakı mikrobların sayı ayaqyolundakı mikrobların miqdarı ilə müqayisə oluna bilər.
 

Milli.Az The Guardian-a istinadən bildirir ki, alimlərin son araşdırmalarına görə, saqqal dəri infeksiyalarına səbəb olur, orqanizmdə fəsadlar yaradır.

O da vurğulanır ki, saqqal saxlamaq gigiyenik deyil.
 

ABŞ-ın Nyu-Meksiko ştatındakı ABC KOAT7 telekanalının yaydığı xəbərə görə, "Quest Diagnostics" şirkətinin mütəxəssisi, tanınmış mikrobioloq Con Qolobiçin başçılığı ilə aparılmış araşdırmanın nəticələri belədir.
 

O, laboratoriyada 48 saqqallı kişinin cəlb olunduğu eksperimentin sonuclarını tədqiq edib.
 

"Məlum oldu ki, insan orqanizmində bir qayda olaraq bağırsaqlarda "yaşayan" bakteriyalara saqqalda da rast gəlinir. Bundan başqa, saqqallarda ən müxtəlif infeksion xəstəliklərin yaradıcılarını və müxtəlif bakteriya ştamlarını aşkarladıq", - Qolobiç bildirib.
 

Eston Universitetinin professoru, biologiya və biotəbabət kafedrasının rəhbəri Entoni Hilton da saqqalın bakteriya, infeksiya mənbəyi olduğunu təsdiqləyib.
 

Aberdin Universitetinin bakteriologiya kafedrasının professoru Hyu Penninqton isə deyib: "Saqqaldakı bakteriyaların orqanizmdə fəsadlar yarada biləcəyi fikri ilə mən də razıyam. Lakin düşünürəm ki, bu məsələ ilə bağlı qəti rəy bildirmək tezdir. Ciddi tədqiqatlara ehtiyac duyulur".
 

Birmingem şəhərindəki Trixologiya Mərkəzinin eksperti Kerol Uorkerin fikrincə, saqqal bakteriyalar və mikroblar üçün "rahat liman" funksiyasını oynayır: "Vücudun başqa yerlərindəki tüklərdən fərqli olaraq saqqal türklərinin tərkibi və quruluşu başqa cürdür. Buna görə də saqqal dəri infeksiyalarını, çirk və mikrobları sanki tozsoran kimi çəkir".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.