Maraqlı

İki fəndgir gənc hamını aldatdı - FOTO

5 May 2015 14:05
0 Şərh     Baxış: 3 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 2-də ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində, "MGM Grand Garden Arena"da keçirilmiş "əsrin döyüşü"ndə maraqlı olay yaşanıb.
 

Amerikalı Floyd Meyvezer və filippinli Menni Pakyao arasındakı döyüşə tamaşa etmək üçün arenaya toplaşan şəxslər arasında iki gənc də vardı.

İngiltərənin Esseks qraflığının sakinləri olan İrfan ƏhmədKris Stou şouya bilet almamışdılar.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, onlar Floyd Meyvezerin komandasının üzvləri təki idman forması geyinmiş, başlarına da məşhur boksçunun dəstəsinin TBE abbreviaturası yazılmış beysbol papağı qoymuşdular.
 

Fəndgir gənclər bu minvalla döyüşə baxmaqla yanaşı, bir sıra məşhurlarla fotolar da çəkdiriblər. Həmin ulduzlar arasında müğənnilər Nikol Şerzinger və Castin Biber də vardı.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.