Milli.Az publika.az-a istinadən onun ən məşhur öngörmələrini təqdim edir. Vanqa İkinci Dünya Müharibəsi, İndira Qandinin ölümü, Nyu-Yorkdakı 11 sentyabr hücumu, Barak Obamanın ABŞ prezidenti olacağına dair əhəmiyyətli hadisələrin baş verəcəyini əvvəlcədən bildirib.
Vanqanın 2015-ci ildən sonrakı öncəgörmələri də qeyri-real görünmür. Bolqar qadının fikrincə, dünyanı XXI və qarşıdakı yüzilliklərdə aşağıdakı hadisələr gözləyir.
- 2018-ci ildə dünyanın yeni super gücü Çin olacaq, istismar edilən ölkələr müstəmləkə halına gələcək.
- 2026-cı ildə Avropanın əhalisi tükənmə nöqtəsinə gələcək.
- 2028-ci ildə yeni bir enerji mənbəyi tapılacaq (böyük ehtimalla termonüvə reaksiyaları), aclıq problemi tədricən həllini tapacaq, içində insan olan kosmik gəmi Venera planetinə göndəriləcək.
- 2033-cü ildə qütbdəki buzlaqların əriməsi nəticəsində okeanlarda suyun səviyyəsi artacaq.
- 2043-cü ildə dünya iqtisadiyyatı çox yaxşı vəziyyətdə olacaq, müsəlmanlar Avropanın hakimi olacaq.
- 2046-cı ildə insanın bütün daxili orqanları dəyişdirilməsi mümkün olacaq. Xəstələnən orqanın əvəzinə yenisi qoyulacaq.
- 2076-cı ildə sinifsız bir cəmiyyəti təbliğ edən kommunizm ideologiyası bütün dünyaya hakim olacaq.
- 2088-ci ildə insanların saniyələr ərzində yaşlanmasına səbəb olan yeni xəstəlik ortaya çıxacaq. 2097-ci ildə bu xəstəliyin dərmanı tapılacaq.
- 2100-ci ildə insanların yaradacağı süni günəşlə dünyanın qaranlıq üzü işıqlandırılacaq.
- 2111-ci ildə insanlar androidə bənzər yaşayan robotlara çevriləcək.
- 2164-cü ildə heyvanlar yarıinsana çevriləcək.
- 2170-ci ildə böyük bir quraqlıq olacaq.
- 2183-cü ildə Mars planetindəki koloniya nüvə gücünə çevriləcək və Yer planetindən müstəqilliyini tələb edəcək.
- 2196-cı ildə Asiya və Avropa irqləri tamamilə bir-birinə qarışacaq.
- 2201-ci ildə Günəşdəki termonüvə reaksiyalarının zəifləməsi nəticəsində havanın temperaturu aşağı düşəcək.
- 2256-cı ildə Uçan Naməlum Obyekt dünyaya yeni bir xəstəlik gətirəcək.
- 3797-ci il. Dünyanın sonu... Dünyadakı bütün canlılar məhv olacaq.
Milli.Az