Maraqlı

Demet Akalının lüks hədiyyələri

27 Aprel 2015 20:27
0 Şərh     Baxış: 3 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurt lüks hədiyyələriylə gündəmə gəliblər.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Demet Akalının ad günüylə cütlüyün evlilik ildönümü eyni həftəyə düşüb.
 

Həyat yoldaşının ad günü münasibəti ilə lüks bir məkanı bağlayan Okan Kurt ona qiyməti 20 min lirə olan 2 çanta hədiyyə edib.
 

Akalın isə Okana evlilik ildönümü münasibətilə 80 min lirəlik saat hədiyyə edib.
 

Hədiyyələr üçün ümumilikdə 100 min lirə xərcləyən cütlük sevgilərini ilk günki kimi qoruyub saxladıqlarını bildiriblər.
 

Qeyd edək ki, Demet Akalın ötən gün səhnədə "hər gün masaja gedirəm və hər seans üçün 1200 lirə ödəyirəm. İdmanla məşğul ola bilmirəm, çox tənbələm. Ona görə də gözəl qalmaq üçün o masajı etdirməliyəm", deyərək gündəmə gəlmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.