Maraqlı

Bred Pitti kim vurdu? - FOTO

27 Aprel 2015 13:19
0 Şərh     Baxış: 1 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Bred Pitt şənbə günü Los-Ancelesdəki "Autism Speaks" xeyriyyə mərasiminə qatılanda onun üzündə çapıq və göyərmiş yerlər vardı.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, 51 yaşlı aktyor olayla bağlı reportyorların suallarını ilk əvvəl cavablamaq istəməsə də, sonradan fikrini dəyişib.

"Evdə yıxılmışam. Gecənin bir aləmində durub su içməyə gedəndə ayağım sürüşdü, yıxıldım. Sol yanağımda çapıq və göyərmə belə yarandı. Anladım ki, ayaq sürüşəndə üz yerə dəyir və bu, ağrılıdır", - Bred Pitt gülərək deyib.
 

Daha sonra o, "Light Up Blues" qrupunun konsertinə qatılıb.
 

"Pantages Theatre"dakı xeyriyyə mərasimində Bred Pitt qonaqları autizm xəstəsi olan insanlara daha aktiv yardımlar etməyə çağırıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.