Maraqlı

Playboy modelliyindən paraşütlərə - VİDEO - FOTO

27 Aprel 2015 12:24
0 Şərh     Baxış: 2 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fransız supermodel Anais Zanotti əvvəllər Playboy jurnalının modeli idi. O, çılpaq və yarıçılpaq sessiyaları ilə tanınırdı. Lakin günlərin birində Anais paraşütlə təyyarədən atıldı və o vaxtdan bəri model karyerasına son qoydu.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 30 yaşlı Anais indi paraşütçü-təlimatçıdır.
 

Hazırda ABŞ-ın Florida ştatındakı Mayami şəhərində yaşayan və işləyən Anais Zanottinin dediyinə görə, işindən həzz alır.
 

"Əsl adrenalin narkomanı olmuşam. İndiyədək fristayl stili ilə 1350 dəfə paraşütlə atılmışam. Bir zamanlar Playboy, GQ, Esquire və Maxim jurnalları ilə işləyirdimsə, indi yerdən 1,5 kilometr yüksəklikdən atılaraq özümü sınayıram. Üstəlik, başqalarına da paraşütlə atılmağı öyrədirəm", - A.Zanotti deyib.
 

A.Zanotti İnstagram-da da populyardır. Onun səhifəsinin 113 mindən artıq daimi təqibçisi var.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.