Maraqlı

İki yaşlı insanın başını daşla əzərək, öldürdülər - FOTO

26 Aprel 2015 21:05
0 Şərh     Baxış: 2 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əskişəhərin Günyüzü mahalında, evlərinin bağçasında başları daşla əzilərək öldürüldüyü iddia edilən yaşlı cütlüyün, eyni zamanda dəfələrlə bıçaqlandığı da ortaya çıxıb.

Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bir müddət öncə 64 yaşlı K.Mustafa ilə həyat yoldaşı 60 yaşlı K.Tövhidə, Gümüşkonak məhəlləsindəki evlərinin bağçasında yaxınları tərəfindən hərəkətsiz halda tapılmış, hadisə yerinə gələn 112 Təcili Xidmət qrupları tərəfindən yaşlı cütün həyatını itirdiyi təsbit edilmişdi.

Əskişəhər Osmanqazi Universiteti Tibb Fakültəsi Xəstəxanası meyitxanasına qaldırılan cəsədlərin üzərində incələmə aparılıb. Məlum olub ki, Mustafanı boğaz və sinəsi ilə birgə olmaq üzrə 15 yerindən bıçaqlayıblar. Sonra isə başını daşla əziblər.

Həyat yoldaşı Tövhidəni isə kürək hissəsindən bıçaqlayaraq, başını daşla əziblər. İncələmə zamanı məlum oldub ki, bıçaq yarası alan Tövhidə başı daşla əzilənə kimi sağ olub.

Hadisə ilə əlaqədar istintaq başladan jandarma qrupları, vəhşiliyi reallaşdıran şübhəli, ya da şübhəlilərin tutulması üçün axtarış işlərini davam etdirir.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.