Maraqlı

FHN xilasediciləri Xaçmazda şoka düşdülər

26 Aprel 2015 18:36
1 Şərh     Baxış: 7 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xaçmaz şəhərində qeyri-adi olay hamını təəccübləndirib.

Anspress-in verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinə Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, bina 78, blok 5, mənzil 46 ünvanında bir nəfərin bağlı qapı arxasında köməksiz qalması barədə məlumat daxil olub.

Məlumatda həmin şəxsin 2 gündür evi tərk etmədiyi və qapı zənglərinə cavab vermədiyi bildirilib.

Mərkəzin xüsusi qrup xilasediciləri həmin ünvana gedəndə gördüklərindən şoka düşüblər. Belə ki, qapını açıb içəri girən xilasedicilər bir nəfərin divanda oturub qəzet oxuduğunu görüblər.

Məlum olub ki, Rusiyadan təzəlikcə qayıdan həmin şəxs ruhi xəstədir. Və 1982-ci il təvəllüdlü Səmayılov Ramin Zaxar oğlu iki gün ərzində qonşuların qapını döyməsinə əhəmiyyət verməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.