Maraqlı

Dünyanın ən "daşdan keçən" pasportu

26 Aprel 2015 17:51
0 Şərh     Baxış: 1 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Passport İndex" internet saytı dünyada ən güclü və etibarlı pasportlara malik ölkələrin siyahısını dərc edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tərtib edilən siyahıda ilk növbədə ölkənin diplomatik çəkisi nəzərə alınıb.

Reytinqə Amerika Birləşmiş Ştatları və Böyük Britaniya başçılıq edirlər. Bu ölkələrin vətəndaşları pasportları sayəsində 147 ölkəyə, sonrakı yerdə gələn Fransa, Almaniya və Cənubi Koreya sakinləri 145 ölkəyə vizasız səfər edə bilərlər. İtaliya və İsveç vətəndaşlarının 144, Danimarka, Finlandiya, Hollandiya, Lüksemburq, Yaponiya, Sinqapur sakinlərinin 143, İsveçrə vətəndaşlarının isə 142 ölkəyə vizasız daxil olmaq imkanı var.

Siyahıda altmışıncı yerdə gələn Cənubi Sudan, Birma, Solomon sahili (Sakit Okean) və Fələstin sakinləri yalnız 28 ölkəyə sərbəst getmək hüququna malikdirlər.

Bir vaxtlar keçmiş Yuqoslaviya pasportu dünyanın ən güclü pasportu sayılırdı. Bu ölkənin pasportu ilə həm Qərb, həm də kommunist rejimli dövlətlərə getmək mümkün olurdu. Buna görə də Yuqoslaviya pasportu ən bahalı pasport hesab edilərək qara bazarda 5-6 min dollara satılardı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.