Maraqlı

Onun şərəfinə ana südündən dondurma hazırladılar

26 Aprel 2015 15:25
0 Şərh     Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2011-ci ildə İngiltərədə satışa çıxarılan və böyük səs-küyə səbəb olan insan südündən hazırlanan dondurma şahzadə Keyt Middltonun ikinci övladını dünyaya gətirmə ərəfəsində onun şərəfinə yenidən gündəmə gəlib.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, dondurmanı hazırlayan şirkətin nümayəndəsi Viktoriya Hiley açıqlamasında bunu etmələrinin səbəbindən danışıb:

"Bununla ölkənin dörd bir yanındakı valideynlərə körpəyə süd verməyin faydalarını, ana südünün hər yaşda ləzzətli olduğunu çatdırmaq istədik".

Dondurma üçün gətirilən ana südü xəstəxanada yoxlanılır, Madaqaskar vanili ilə qarışdırılır. Onun satışından əldə edilən pul ana südünün faydalarını insanlara çatdırmaqla məşğul olan dərnəyə bağışlanacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.