Maraqlı

Türk kinosunun "Sezərciy"inə həbs şoku

26 Aprel 2015 10:43
0 Şərh     Baxış: 2 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türk kinosunun uşaq ulduzu - Sezər İnanoğlu ("Sezərcik" - red.) haqqında tutulma əmri çıxarılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun keçmiş nişanlısı Zeynəb Yılmaz İnanoğlunun onu hədələdiyi iddiası ilə polisə şikayət edib.

Aktyorun barışmaq istəyini rədd etdiyi üçün hədə-qorxu gəldiyini söyləyən Zeynəb daha əvvəl Ailə Məhkəməsinə baş vuraraq Sezərin ona yaxınlaşmaması haqda qərarın verilməsinə nail olmuşdu.

Lakin S.İnanoğlu Z.Yılmaza mesajlar yazmağa davam etdiyindən keçmiş nişanlısı yenidən polisə şikayət ərizəsi yazıb. Bundan sonra Sezərin həbs olunması əmri verilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.