Maraqlı

Acı bibər qara ciyəri fibrozdan qoruyur

25 Aprel 2015 22:31
0 Şərh     Baxış: 2 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fibroz qara ciyərin birləşdirici toxumasının böyüməsidir. Bu böyümə hüceyrədənkənar matriks (birləşdirici toxumanın əsasıdır) zülallarının həddən artıq yığılması nəticəsində əmələ gəlir. Bu proses qara ciyərin xroniki xəstəliklərinin əksər tiplərində müşahidə olunur. Acı bibərin tərkibindəki kapsaitsin adlı xüsusi maddə qara ciyərin vəziyyətinə təsir göstərib, onu zədələməkdən qoruyur. Məhz həmin maddə bibərə acı dad verir.

Nəticələri Avstriyada beynəlxalq konqresdə təqdim olunan tədqiqat zamanı mütəxəssislər təcrübə siçanlarını bir neçə qrupa ayırıblar. AZƏRTAC "ZeeNews.com" saytına istinadla xəbər verir ki, gəmiricilərin bir qrupunun öd yollarını bağlayıblar və nəticədə onlarda öd yığılmağa və qara ciyər fibrozu inkişf etməyə başlayıb. Sonra siçanlara üç gün ərzində kapsaitsin veriblər.

Gəmircilərin ikinci qrupuna zəhərli maddə tetraxlormetan verilib. Təmizləyici vasitələrin tərkibinə daxil olan bu maddə odsöndürmə aşqarıdır. Siçanlara həm zəhərdən əvvəl, həm onunla birlikdə kapsaitsin veriblər.

Məlum olub ki, kapsaitsin qara ciyər fibrozu ilə bağlı olan ulduzşəkilli hüceyrələrin fəallığını zəiflədir. Bu maddə birinci qrupdakı siçanların qara ciyər toxumalarını qismən bərpa edir, ikinci qrup gəmiricilərdə zədələrin əmələ gəlməsinin qarşısını alır. Lakin kapsaitsin qara ciyərində fibroz inkişaf edən siçanları qoruya bilməyib.

Alimlərin fikrincə, bu tədqiqatlar qara ciyər zədələrinin və fibrozunun müalicəsi və profilaktikasında istifadə etmək üçün kapsaitsinin öyrənilməsinin zəruri olduğunu təsdiq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.