Maraqlı

Alimlər okeanların dəyərini hesablayıblar

25 Aprel 2015 22:29
1 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Vəhşi Təbiət Fondunun alimləri "Reviving the Ocean Economy" adlı yeni araşdırma təqdim ediblər. Bu tədqiqat dünya okeanının əhəmiyyətini dəyərləndirir, habelə onun mühafizəsinə dair tədbirlər təklif edir.

"ocean.panda.org." saytında xəbər verilir ki, tədqiqatın məlumatına görə, dünya okeanının əsas aktivlərinin dəyəri 24 milyard dollar təşkil edir ki, bunun da 1 milyard dolları mərcan rifləridir.

Araşdırmada qeyd olunur ki, okeanların təbii ki, misilsiz dəyəri var, lakin alimlərin fikrincə, belə qiymətləndirmə onların sərvətlərinin qorunub saxlanması sahəsində lazımi tədbirlər görülməsi məqsədilə strategiya hazırlanması üçün son dərəcə əhəmiyyətlidir.

Tədqiqatçılar bildirirlər ki, əslində riflər əmtəə və xidmət mənbəyidir. Məsələn, onlar müxtəlif canlı orqanizmlər üçün sığınacaqdır. Həmin orqanizmlər burada ov edir və nəsli artırırlar. Onlar həmçinin sahili qoruyur və bundan başqa həm də cəlbedici turizm obyektidir.

Okean vahid bir sistemdir, onun sərvətini qiymətləndirən mütəxəssislər isə müxtəlif vəziyyətlər arasında qarşılıqlı əlaqəni izləməlidirlər. Məsələn, balıq ovu ilə okeanın kimyəvi tərkibi arasında, iqlimlə okeanın vəziyyəti arasında olan əlaqəni. Bir çox qeyri-maddi aktivləri dəyərləndirmək mümkün deyil, məsələn, sahil xətləri boyunca qumun miqdarını, yaxud okeanların mədəniyyətə töhfəsi baxımından onların əhəmiyyətini.

Ehtimal olunur ki, əgər okean ölkə olsaydı, iqtisadiyyatının həcminə görə dünyada yeddinci ölkə olardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.