Maraqlı

İndiyə qədər doğru bildiyimiz yanlış faktlar

25 Aprel 2015 15:38
0 Şərh     Baxış: 3 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyada təsdiqlənən elə faktlar var ki, sonradan onların yanlış fərziyyə olmaları üzə çıxıb. Amma dünya ictimaiyyəti, insanların böyük əksəriyyəti həmin faktların bu gün də doğru olmalarına inanırlar
Modern.az bu kimi fərziyyələrin bir neçəsini təqdim edir:     
 
1.Everest dağı - dünya əhalisinin əksər hissəsi indiyə qədər dünyada ən hündür zirvənin Everest olduğunu düşünür. Mütəxəssislərin dediyinə görə, bu fərziyyə yalnız dağların dəniz səviyyəsi ilə nisbətdə hündürlüyünə görədir. Əslində isə dünyanın ən hündür zirvəsi Maona Keadır. 


 
2. Buqələmunlar - adamların çoxu elə fikirləşir ki, buqələmunlar olduqları ətraf aləmə, obyektlərə görə öz rəngini dəyişir. Əslində, belə deyil. Buqələmunların rəng dəyişməsinin əsas səbəblərindən biri o zaman hiss etdikləri qorxu, təhlükə, bir sözlə, ətrafdan aldıqları hisslər və bu hissləri keçirən zaman toxunduqları əşyalardır.   


 
3.Çin səddi - uzun müddət dünya ictimaiyyəti Çin səddinin kosmosdan görünən yeganə tarixi tikili olduğunu qeyd edirdi. Amma Aya gedən Apollon astronomları Çin səddinin görünmədiyini müşahidə etdilər. Buna baxmayaraq, hələ də dünya əhalisinin yarıdan çoxu bu fərziyyənin real olduğuna inanır.

 
 
4.Bədən hərarəti - dünya tibb elmi uzun müddətdir insan bədənində ən çox hərarətin baş nahiyəsində olduğunu düşünürlər. Amma əslində vücuddakı hərarət stabil deyil, bədənin müxtəlif yerlərinə dağılmaqdadır. Amma bu gün də insanların çoxu elə düşünür ki, ən böyük hərarət baş hissədə olur, odur ki, xəstələnən zaman hərarəti olub- olmadığını bilmək üçün həmən əlimizi alnımıza qoyuruq.   



5. Dünyanın fırlanması 



Dünya əhalisinin 74 faizi yerin Günəş ətrafında fırlandığını deyir. Amma modern elmin irəli sürdüyü fərziyyəyə görə, istər Günəş, istərsə də bütün planetlər eyni vaxtda öz oxları ətrafında fırlanırlar. Yəni nə Yer, nə də başqa planetlər Günəş ərtafında dövr etmir. 

Qeyd : Bu məlumatlar  ABŞ-ın İnananlar və İnanmayanlar Fondunun hazırladığı siyahıda öz əksini tapıb. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.