Maraqlı

Mercedes GLC Coupe göstərildi - FOTO

26 Aprel 2015 22:33
0 Şərh     Baxış: 1 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Mercedes-Benz" şirkəti "BMW X4"ə rəqib olacaq, yeni yolsuzluq avtomobilinin buraxılışından xəbər verən "GLC Coupe" prototipin sirrini rəsmən açdı. Yenilik bu yaxınlarda Şanxay avtosalonunda təqdim ediləcək. 

Milli.Az auto.az-a istinadən bildirir ki, "Mercedes-Benz GLC Coupe"nin xarici görünüşünə alman markasının digər modellərindən və yolsuzluq avtomobillərindən tanınan elementlər daxildir. Avtomobil daha çox ölçüləri kiçildilmiş "Mercedes GLE Coupe"ni xatırladır. Qabaq diodlu fənər işıqlarını, səlis dam xəttini, nazik arxa fənərləri, qaz buraxma sisteminin cüt borularını qeyd etmək lazımdır. 

Yeni "Mercedes-Benz GLC Coupe" MRA-nın platformasında yığılıb, bu da C-class-ın sonuncu nəsli ilə eynidir. Yeniliyin ölçüləri 4730 mm x 2000 mm x 1600 mm-dir, təkər bazası isə 2830 mm-dir. 

"GLC Coupe"nin kapotu altında "Mercedes-Benz C450 AMG Sport"da olan mühərrik yerləşib. Söhbət 3,0-litrlik tvin-turbo "altılıq"dan gedir ki, o, 367 a.g., 520 Nm fırlanma anı verir. 

Mühərrik 9G-Tronic avtomotik sürət qutusu və 4Matic tam ötürücü sistem ilə birgə işləyir. İstehsalçı konseptin dinamik xarakteristikası barədə məlumat vermir, vəd edir ki, o, güclü təsir bağışlayacaq. 

"Mercedes-Benz GLC Coupe"nin seriyalı buraxılışı 2017-ci ildə gözlənilir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.