Maraqlı

Qadınlar əvvəllər dənizdə necə çimirdilər? - FOTO

25 Aprel 2015 19:57
1 Şərh     Baxış: 1 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
XVIII-XIX əsrlərdə ədəbli qadınlar çimərlik paltarında dəniz qırağına getməzdilər. Baxmayaraq ki, o vaxtın çimərlik paltarlarının uzun qolluğu və ətəyi vardı, indikilərə baxanda ədəbsiz sayılmazdı.

Milli.Az kulis.az-a istinadən bildirir ki, mühafizəkar Qərb cəmiyyətlərində belə bu qaydaları pozanlar vardı. Bunun üçün orijinal yol tapılmışdı - çimərlik evcikləri. Bu evciklər xüsusi təkərlər üzərində olurdu. Adamlar içinə girib əyinlərini dəyişəndən sonra evcik at və ya xidmətçi vasitəsilə dənizin içinə sürülürdü.

Çimərlik maşınları XVIII-XIX əsrlərdə olduqca məşhur idi. Bunun sayəsində kişilərlə qadınlar həm ədəb qaydalarına riayət etmiş olur, həm də rahat şəkildə çimə bilirdilər. Çimərlik maşınları çimərlik etiketinin ayrılmaz tərkib hissəsi idi, o, çimənləri yad baxışlardan qoruyurdu.

Çox adamın içində göl və ya çay olan malikanəsi yox idi. Üstəlik o dövrdə dəniz kurortları dəbə minməyə başlamışdı. Buna görə də çimərlik evciklərin böyük tələbat vardı.

Bəzi mənbələrə görə ilk çimərlik maşınını 1750-ci ildə Benjamin Bill hazırlayıb. Digər tarixçilərin fikrincə Billin icadından əvvəl də çimərlik maşını olub. Skarboro şəhər ictimai kitabxanasında 1736-cı ilə Con Setterinqton tərəfindən hazırlanmış qravüra var. O qravürada çimərlik maşınından istifadə səhnəsi təsvir olunub.

Çimərlik maşınları sonralar Böyük Britaniyanın koloniyalarında, Fransada, Almaniyada, ABŞ-da, Meksika və başqa ölkələrdə də yayıldı.

Adamlar evcikdə əyinlərini dəyişib çimərlik paltarı geyəndən sonra atlar evciyi dənizin içinə çəkirdi. Evcik dənizdə elə saxlanılırdı ki, çimənlər sahildən görünməsinlər. Bundan sonra pillələrlə suya girirdilər. Evciklərin damından bir qayda olaraq bayraq da asılırdı. Evcik sahilə yanaşanda bayraq qaldırılıb xəbərdarlıq edilirdi.

Evciklərin parçadan tikilmiş günlüyü də olurdu. Suya girəndə günlüyü endirirdilər ki, görünməsinlər.

Dəmir yolunun kəşfi ilə əlaqədar bəzi kurort zonaları dənizin içinə xüsusi relslər çəkdilər. Evləri bu relslərin üzərində hərəkət etdirmək daha asan idi.

Çimərlik evciklərindən istifadə XX əsrin əvvəllərinə, moda inqilabına qədər davam elədi.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.