Maraqlı

Daha fərqli Land Rover Range Rover - FOTO

26 Aprel 2015 21:03
0 Şərh     Baxış: 1 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Jaguar Land Rover şirkəti böyük bir uğuru bayram edir - onun istehsal müəssisəsindən 6 milyonuncu avtomobil işıq üzü görüb. Yubiley modeli eksklüziv ağ Yulong White rəngli Land Rover Range Rover LWB Vogue SE dəbdəbəli yolsuzluq avtomobilidir. Hazırda unikal model Britaniya brendinin Şanxay avtosalonundakı stendini bəzəyir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, altı milyonuncu Jaguar Land Rover yolsuzluq avtomobili hələ aprelin əvvəlində konveyerdən çıxıb. Şanxay avtosalonunadək avtomobil bir sıra bayram tədbirlərində nümayiş etdirilib və yekunda çinli bir müştəriyə qismət olub. Hər şeydən əlavə, yubiley Land Rover Range Rover LWB Vogue SE yolsuzluq avtomobili bir fərqləndirici detala da sahibdir! Yan arxa görünüş güzgüsünə bərkidilmiş işıq proyektoru üzərində "6 000 000" və "April 2015" yazılmış təsviri avtomobilin qapısı yaxınlığında işıqlandırır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.