Maraqlı

Yeni BMW X5 - VİDEO

26 Aprel 2015 21:50
0 Şərh     Baxış: 2 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
BMW X5 xDrive40e özünün keçən ay keçirilmiş onlayn-təqdimatından sonra ictimai premyerası üçün Şanxay avtosalonuna gəlib. Yeni modelin istehsalı X5, X3, X4 və X6 modellərinin də buraxıldığı Spartanburqdakı zavodda təşkil ediləcək. Satışların başlanması bu ilin payızında nəzərdə tutulub. Avtomobilin qiyməti satışların başlanması ərəfəsində elan ediləcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni model hibrid qurğunun köməyi ilə hərəkətə gətirilir. Onun tərkibinə dörd silindrli 2,0 litrlik turbo gücləndiricili mühərrik, səkkiz pilləli Steptronic transmissiyası və 9 kilovatlıq litium-ion akkumulyator daxildir.

DYM mühərriki 245 a.g. və 350 Nm fırlanma anı, elektrik mühərriki isə 113 a.g. və 250 Nm hasil edir. Toplam güc 313 a.g. və 450 Nm təşkil edir. 0-100 km/saat sürətlənmə üçün avtomobilə 6,8 saniyə tələb olunur. Maksimal sürət 210 km/saat, yanacaq sərfiyyatı isə 3,3 - 3,4 litr/100 km təşkil edir.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.