Maraqlı

Qeyri-adi Citroen Aircross - FOTO

26 Aprel 2015 23:44
0 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ayın əvvəllərində internetdə məxfilikdən çıxarılan Citroen Aircross konsept avtomobili Şanxay avtomobil tədbirində açıq təqdim edilib. Bu, fransız avtoistehsalçının C4 Cactus üslubunda işləyib hazırladığı şou-kardır. Yeni avtomobilin seriya versiyası brendin model sırasında C4 Cactus modelindən yuxarıda duracaq. Citroen Aircross qabarit ölçüləri belədir: uzunluğu - 4580 mm, eni - 2100 mm və hündürlüyü 1800 mm. Yeni modelin əldə etdiyi yüngül xəlitədən hazırlanmış 22 düymlük disklər avtomobilin qeyri-adi xarici görünüşü ilə uyğunluq təşkil edir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, şou-karın təchiz edildiyi PSA plaqin-hibrid qurğusunun tərkibi 218 a.g. və 275 Nm fırlanma anı hasil edən 1,6 litr həcmli benzin turbo-mühərrikindən, litium-ion batareyadan və həmçinin 95 a.g. və 200 Nm fırlanma anı hasil edən elektrik mühərrikindən ibarətdir. Yerindən 100 km/saat sürətlənmək üçün avtomobilə 4,5 saniyə kifayətdir. Yanacaq sərfiyyatı 1,7 litr/100 km təşkil edir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.