Maraqlı

İntriqalı Peugeot - VİDEO

25 Aprel 2015 21:55
0 Şərh     Baxış: 1 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Peugeot şirkəti hazırda haqqında heç bir təfərrüatlı məlumat olmayan yeni, müəmmalı bir superkarın tezliklə debütü haqqında rəsmi anons verib. Bununla əlaqədar markanın mətbuat xidməti Şanxay avtosalonunda qısa, intriqalı videoçarx nümayiş etdirib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bir çox mütəxəssislər və avtomobil bazarı ekspertləri güman edirlər ki, fransız brendi Gran Turismo 6 yarış simulyatoru üçün Vision Gran Turismo seriyasından virtual idman prototipi işləyərək hazırlayıb. Qeyd edək ki, hazırda axırıncı nəsil oyun üçün otuzdan artıq dünya avtomobil istehsalçısı öz virtual prototiplərini artıq hazırlayıb. Sonuncu belə virtual maşın - 530 at güclü Volkswagen GTI Supersport Vision Gran Turismo - bir neçə gün əvvəl debüt edib.

Əlavə edək ki, videoşarxla birgə fransız şirkət heç bir əlavə məlumat verməyib. Əldə olan yeganə material qısa videoçarxdır ki, burada optimallaşdırılmış aerodinamik asması və iri təkərləri olan alçaq bir avtomobil görmək olar.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.