Maraqlı

Yalnız Asiya üçün McLaren - FOTO

26 Aprel 2015 19:58
0 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Vəd edildiyi kimi McLaren şirkəti Şanxay avtosalonunda yalnız Asiya bazarı üçün 540C Coupe superkarını təqdim edib. Bu, Britaniya markasının ən ucuz modelidir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni model 570S ilə çox oxşar olsa da, hər halda aerodinamik paketdəki xırda dəyişikliklərlə və həmçinin yeni təkər dəsti ilə ondan fərqlənir. Salonda premium-klas dəri üzləmə, həmçinin 7 düymlük ekranla məlumat-əyləncə sistemi, Bluetooth və GPS naviqasiya təklif edilir. McLaren həmçinin 540C modelində nizamlanan asqı da vəd edir.

Avtomobilin "ürəyi" 540 a.g. və 540 Nm fırlanma anı hasil edən 3,8 litrlik V8 tvin-turbo mühərrikidir. Yeddi pilləli Shift Gearbox ötürücü qutu ilə 0-100 km/saat sürətlənmə 3,5 saniyə çəkir. Maksimal sürət 320 km/saat təşkil edir.

Qiymətə gəldikdə isə McLaren 540C superkarı 126 000 funt sterlinqə başa gələcək. Maşınların çatdırılmasına gələn ilin əvvəlində başlanacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.