Maraqlı

Ən yaxşısı seçildi

26 Aprel 2015 18:32
0 Şərh     Baxış: 1 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Amerikanın Reputation Institute tədqiqat mərkəzi ən yaxşı reputasiyası olan şirkətlərin siyahısını hazırlayıb. BMW həmin siyahıda birinci, Daimler konserni isə üçüncü olub. Onların arasında Google şirkəti yerləşib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, 10 ən yaxşı reputasiyalı şirkətin siyahısına həmçinin saat istehsalçısı Rolex (4-cü yer), oyuncaq istehsalçısı LEGO (5), Walt Disney kinostudiyası (6) və elektron mallar istehsalçıları Canon, Apple, Sony və Intel (müvafiq olaraq 7, 8, 9, və 10-cu yerlər) daxil olublar. Ümumilikdə reytinqə 100 şirkət daxil edilib.

Reputation Institute bu reytinqi tərtib etmək üçün 15 ölkədə 61 min nəfər arasında sorğu keçirib. Təşkilat hər il belə reytinq tərtib edir. 2014-cü ildə birinci və ikinci yerləri Walt Disney və Google, üçüncü və dördüncü yerləri isə eyni nəticə ilə BMW və Rolex tutmuşdular. Daimler keçən il Apple, Canon və Sony şirkətlərini özündən irəli buraxaraq səkkizinci olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.