Maraqlı

İlin layihəsi elan olundu - FOTO

26 Aprel 2015 17:29
0 Şərh     Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hot-rodlar aləminin öz müsabiqələri və öz mükafatları var və laureatlar vaxtaşırı elan edilir. Bu yaxınlarda Goodguys Rod and Custom assosiasiyası Plezantonda (Kaliforniya) keçirilən 33-cü illik toplantıda ilin castom-layihəsini elan edib. Qalib Devid Hekstra və onun 1956-cı il buraxılışı Lincoln Continental Mark II avtomobili olub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobil Mae ləqəbi daşyır. Şassi bütünlüklə Roadster Shop şirkətinin sifarişi ilə hazırlanıb. Asqı Corvette C6 modelindən götürülüb, avtomobilin dayanması üçün isə Wilwood əyləcləri cavabdehdir. Kapotun altında Ford istehsalı olan 8,5 litrlik V8 yerləşdirilib.

Kuzov üzərində Skott Laytinen işləyib. Metal təbəqələr sanki, əl dəyilməmiş kimi görünsə də, əslində hər bir panel düzəldilib, hamarlanıb və modifikasiya edilib.

Lexus-dan götürülmüş və 8 istiqamətdə elektrik nizamlanan kürsülər bu klassik Amerika avtomobilinə dəbdəbə əlavə edir. Unikal Dakota Digital cihazları və Kicker audiosistemi isə sürücünü müvafiq tonusda saxlayır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.