Maraqlı

Qadınlar belə kişiləri sevir

25 Aprel 2015 20:10
1 Şərh     Baxış: 1 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kobud kişilərin dövrü artıq bitdi. Əvvəl qadınlar tərəfindən çox bəyənilən kobud kişilərin yerini duyğusal kişilər tutub. Araşdırmanın nəticələri bunu göstərir.

Milli.Az lent.az-a istinadən bildirir ki, qadınlar artıq ağlayan kişiləri seçməyə üstünlük verir. Yeni araşdırma qadınların "maço" davranış formasından metroseksual stilə keçid edən və duyğusal kişilərə üstünlük verdiyini ortaya qoyub.

Müasir kişilər romantik filmlərdə göz yaşlarını saxlamır və sevgililərinə sarılaraq televizora baxırlar. Bu da qadınların çox xoşuna gəlir.

Bu yaxınlarda ABŞ-da keçirilən anket sorğusuna görə, kişilərin köpük vannası qəbul etdiyi və duyğulandıqları zaman ağlamaqdan çəkinmədiyi ortaya çıxıb.

Müasir kişilər həm öz baxımlarına diqqət edir, həm də duyğularını gizlətmək yerinə hiss etdiklərini qarşısındakına açıq şəkildə bildirir. Bundan da utanmır. Qadınlar artıq yumşaq, duyğusal tərəfini gizlətməyən kişilərə maraq duyur.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.