Maraqlı

10 gündə 6 kilo arıqla - PƏHRİZ

24 Aprel 2015 22:48
3 Şərh     Baxış: 10 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çox adam brokoliyə nifrət edir. Uşaqlar heç sevmir, kişilər də mümkün olduqca uzaq durmağa çalışır. Ancaq qadınlar sağlamlığa faydalı olduğunu bildiyi üçün brokoliyə artıq öyrəşiblər.

Milli.Az lent.az-a istinadən əgər siz də brokoli yeyə bilirsizsə, bu pəhrizdən yararlana bilərsiz. 10 gündə 6 kilo arıqlamaq vəd edən bir pəhrizdir.

C vitamini ilə zəngin olan brokoli ürək xəstəliklərinə, prostat xərçənginə qaşı qoruyur və antixərçəng potensialına sahibdir.

Brokolini bişirərək deyil, buxarda 5 dəqiqə qaynatmaqla yeyə bilərsiz.

Unutmayın ki, sağlam bir pəhrizin idmana da ehtiyacı var.

1-ci və 2-ci gün

Səhər yeməyi. Bir çimdik duz ilə bişirilmiş 200 qr brokoli, 50 qr kəpəkli çörək, 1 fincan şəkərsiz qara çay

Günorta yeməyi. 250 ml az duzlu toyuq şorbası, 150 qr bişmiş toyuq, 100 qr bişmiş brokoli

Axşam yeməyi. Bir çimdik duz, 250 qr bişmiş brokoli, 1 fincan şəkərsiz qara çay

3-cü və 4-cü gün

Səhər yeməyi. Zeytun yağında sarımsaq və bir bibər ilə 200 qr brokolini 20 dəqiqə bişirin.

Günorta yeməyi. 150 qr brokoli ilə 50 qr ton balığı, 1 ortaboy soğan, 2 orta ölçüdə kartofu zeytun yağında 20-25 dəqiqə bişirin.

Axşam yeməyi. Səhər yeməyinin eynisi

5-ci və 6-cı gün

Səhər yeməyi. 100 qr bişmiş yağsız dana əti, 100 qr bişmiş brokoli əlavəli salat və 2 yemək qaşığı az yağlı soyuq süd

Günorta yeməyi. Duzlu suda qaynadılmış 200 qr brokoli, 1 dilim kəpəkli çörək

Axşam yeməyi. Az duzlu, bişmiş, yağsız 150 qr dana əti, 1 stəkan az yağlı soyuq süd

7-ci və 8-ci gün

Səhər yeməyi. 100 qr bişmiş brokoli, 2 ədəd qaynamış yumurta, 1 fincan şəkərsiz çay

Günorta yeməyi. 250 ml duzlu toyuq şorbası, 150 qr bişmiş toyuq, 100 qr bişmiş brokoli

Axşam yeməyi. Bir çimdik duz ilə bişirilmiş 250 qr brokoli, 1 fincan şəkərsiz qara çay

9-cu və 10-cu gün

Səhər yeməyi 100 qr bişmiş duzlu brokoli, 2 ədəd qaynadılmış kök

Günorta yeməyi. 100 qr bişmiş duzlu brokoli, 100 qr balıq, 1 dilim kəpəkli çörək

Axşam yeməyi. Bir çimdik duz ilə bişirilmiş 200 qr brokoli, qabığı ilə bişirilmiş 1 kartof

Bu pəhrizə əməl edə bilmirsizsə, qida miqdarını azaldın, yeməyinizə brokoli əlavə edin. Brokoli çox lif tərkibli olduğundan ishal və ürək bulanmasına səbəb ola bilər. Xüsusən siqaret çəkənlər üçün brokoli pəhrizinin çox faydası var, nikotinli orqanizmi təmizləyir. Hamilə qadınlar brokoli sayəsində çoxlu fol turşusu qəbul edə bilərlər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.