Maraqlı

135 ilin ən isti martı

19 Aprel 2015 11:47
3 Şərh     Baxış: 2 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orta temperatur 1880-ci ildən etibarən 135 ilin mart ayları ərzində ən yüksək həddə çatıb

2015-ci ilin mart ayı son 135 ilin ən isti mart ayı olub. Anspress-in məlumatına görə, ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin hesabatında belə deyilir. Məlumata görə, 2015-ci ilin martı bütün meteomüşahidələr tarixində ən isti mart ayı olub.

Ötən ay Yer kürəsində orta temperatur 1880-ci ildən etibarən, yəni 135 ilin mart ayları ərzində ən yüksək həddə çatıb. Ötən ay planetimizdə orta temperatur XX əsrin mart aylarında müşahidə edilən orta temperaturdan selsi ilə 0,85 dərəcə yüksək olub.

Bundan əlavə, 2010-cu ildə qeydə alınmış əvvəlki temperatur rekordu selsi ilə 0,05 dərəcə yenilənib.

Müşahidələr göstərib ki, bu ilin təkcə mart ayı deyil, yanvar və fevral ayları da isti keçib. Üç ayın orta temperaturu ötən əsrin orta göstəricilərindən yüksək olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.