Maraqlı

Tənbəl məmurun piyini belə əridirlər

18 Aprel 2015 20:41
0 Şərh     Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində inzibati dairələrdən biri yaxşlı işləməyən dövlət qulluqçularını hərbi tipli düşərgələrdə təkmilləşmə kursları keçməklə cəzalandırır.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, Quycjou əyalətinin Tsyansi dairəsindəki təcrübə barədə Çinin Mərkəzi Televiziyası xəbər verir. Məlumata əsasən müdiriyyətin göstərişlərini yerini yetirməyən, yaxşı nəticələr göstərməyən və zəif işləyən rəsmilər bir həftəyədək təlim düşərgəsinə göndərilə bilər.
 

Düşərgələr kiçik qanun pozuntularına görə cəza çəkənlər üçün təkmilləşmə kurslarını nəzərdə tutan daha geniş islah-təlim şəbəkəsinin tərkib hissəsidir.

İndiyədək düşərgəyə 1,668 rəsminin göndərildiyi bildirilir.
 

Onlardan biri Nie Tsinçandır. O davamlı "olaraq diqqətini işdə cəmləşdirməyə" görə cəzalandırılıb. Xanımın sözlərinə görə yenidən təlimləndirmə hər nə olsa belə maaşını alacağına əmin rəsmiləri bu düşüncə tərzindən uzaqlaşdıra bilər.
 

Çin hökuməti zəif işləyən məmurlara qarşı qərarlı addımlar vəd edib. Lakin Tsyansidəki sərt təcrübənin nəticə verəcəyi barədə fikirlər parçalanıb.

Red News saytı güman edir ki, düşərgələr rəsmilərin səhhətini yaxşılaşdıra bilsə də peşə fəaliyyətinə təsir etməyə qadir deyil.
 

Weibo mikrobloqlar saytında isə məsələnin həlli üçün daha kəsərli çarə təklif olunur. "Ən yaxşı çözüm onları işdən qovmaqdır", - populyar saytda Sheng Pingwang Datou adlı istifadəçi yazır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.