Maraqlı

“Xahiş edirəm, cənab Putin, ərimə deyin də…”

18 Aprel 2015 19:57
0 Şərh     Baxış: 1 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin televiziya ilə canlı yayınlanan marafon telefon zənglərinə cavab verilişində çox şeydən danışıb: Ukraynadakı müharibədən, İrana qarşı sanksiyalardan, Qərblə münasibətlərdən, ölkənin batan iqtisadiyyatından...
 

Milli.Az BBC-yə istinadən bildirir ki, lakin suallardan birinə cavab verərkən cənab Putinin dünya səhnəsindəki möhtəşəm mövqeyi, müdrik strateji düşüncəsi bütün parlaqlığı ilə üzə çıxıb. Söhbət itdən gedirdi...
 

Klassik dilemmaydı. Bir qadın zəng eləmişdi. Deyirdi ki, onun rəfiqəsi it saxlamaq istəyir, amma rəfiqəsinin əri, Boris, hərbçi kişi it söhbətini yaxına buraxmır.

Rusiya prezidenti, ali baş komandan Borisə əmr edə bilərmi ki, həyat yoldaşı deyənlə razılaşsın?

Cənab Putin kaş ki, dünya səhnəsindəki çətin problemlərə belə çarə tapaydı.
 

Əvvəlcə, manevr elədi: Bəlkə, Boris arvadına it əvəzinə xəz kürk alsın? - dedi dövlət başçısı.
 

Sonra isə sülh missiyası başlandı: Yox, o, əlbəttə bu kişiyə əmr edə bilməz ki, evinə it gətirsin. Lap sinə-baş çılpaq at çapan prezident olsa da, belə bir əmri verə bilməz.
 

Və sonra qərarını verdi: "Ay Boris, icazə ver arvadın it alsın. Onda ailəniz də möhkəm olar".
 

Yalnız bu strateji problemin həllindən sonra prezident daha az əhəmiyyətli dövlət məsələlərinə keçdi.

Putinin geosiyasi danışıqçı qabiliyyəti bundan əvvəlki dörd saatlıq marafonda da üzə çıxmışdı.
 

Onda bir cavan adam zəng vurub, prezidentdən xahiş etmişdi ki, onun sevgilisini yola gətirsin. Yoxsa qız ona ərə getmək istəmirdi.

Bəli, Putinin xələfi Boris Yeltsin Soyuq Müharibəyə son qoymuşdu, o, isə soyuq ailə münasibətlərinə əncam çəkir. Çəkirmi?
 

Düzü biz bilmirik, həmin o hərbçi Boris arvadına it aldımı.
 

Amma bunun nə əhəmiyyəti var? Bir şey tam aydındır. Əgər Putin bir gün işdi-qəzadı vəzifəsindən getsə, bekar qalmayacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.