Maraqlı

Əlil qalsa da, dəmir əzələli oldu - VİDEO - FOTO

18 Aprel 2015 12:06
0 Şərh     Baxış: 2 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Pəncab ştatı, Ludhayana şəhəri. 28 yaşlı Anand bu şəhərin ən məşhur sakinlərindən biridir.
 

O, bodibildinqlə məşğul olur və indiyədək 40 turnirdə qalib gəlib.
 

Milli.Az Barcroft TV-yə istinadən bildirir ki, 15 yaşında yıxılan və onurğası qırılan Anand həmin vaxtdan bəri əlil arabasına məhkum olub.

Fəqət, Anand ruhdan düşməyib, 13 yaşında məşğul olmağa başladığı bodibildinqdən əl çəkməyib.
 

O, indi "Anand Arnold" kimi tanınır və Hindistanın ən məşhur idmançılarından biridir.
 

"19 yaşım olanda nişanlanmışdım. Amma nişanlım məni tərk etdi. Əlil onun nəyinə lazımdı axı... Amma həyatımı puç etmək niyyətində deyildim. İdman məni ölməyə qoymadı", - Anand deyir.
 

Anandın sözlərinə görə, 15 yaşında yeniyetmələr arasında bodibildinq üzrə Hindistan çempionu olsa da, əlil qalandan sonrakı 3 il ərzində yatağından qalxa bilməyib.
 

O, yaşamdan küsmədiyinə görə bacılarına - 35 yaşlı Ayreə, 35 yaşlı Ritaya və 12 yaşlı Encelə minnətdar olduğunu söyləyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.