Maraqlı

Erkək qorilla balaca qıza hücum etdi - VİDEO - FOTO +18

18 Aprel 2015 11:17
0 Şərh     Baxış: 3 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nebraska ştatının Omaha şəhərindəki "Henry Doorley Zoo" zooparkında saxlanılan iki qorilla səhər saatlarından sakit davranırdı. Həmişə olduğu kimi, primatlara baxmağa gələnlər gülləkeçirməyən şüşənin arxasından onlara baxırdılar.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şüşənin bu tərəfində durmuş ailə qorillaları görəndə sevinib. 4 yaşlı qız isə qışqıraraq "Ata, meymunlara bax!" deyib və şüşəni döyəcləməyə başlayıb.
 

Bundan sinirlənən erkək qorilla qızın hərəkətlərini təhlükə sayaraq şüşəyə tərəf gəlib və var gücü ilə yumruq vurub.
 

"Silverbek" adlı nəhəng qorillanın zərbəsinə gülləkeçirməyən şüşə belə, tab gətirməyərək çatlayıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.