Maraqlı

Diqqətli olun: son 150 ilin ən isti yayı gəlir - FOTO

18 Aprel 2015 09:36
3 Şərh     Baxış: 9 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin martı son 145 ilin ən isti ayı olub.
 

ABŞ-ın Milli Okeanik və Atmosfer Tədqiqatları İdarəsinin (National Oceanic and Atmospheric Administration, NOAA) açıqladığı hesabatda belə deyilir.
 

Milli.Az ABC-yə istinadən bildirir ki, 1880-2015-ci illər arasındakı meteoroloji müşahidələr zamanı mart ayının orta temperaturu 2010-cu ilin martında qeydə alınıb. Həmin gün orta temperatur +13,55 dərəcə olub.

Fəqət 2015-ci ilin martı bu rekordu +0,05 dərəcə üstələyib.
 

Bundan başqa, bu ilin martı 20-ci əsrin temperatur rekordundan +1,5 dərəcə artıqdır. 2015-ci ilin ilk üç ayında dünyada havanın orta temperaturu +13,1 dərəcə olub. Bu isə 2002-ci ilin rekordundan da artıq olmaqla yanaşı, 1880-ci ildən bəri aparılan müşahidələr əsnasında ən yüksək göstəricidir.
 

Amerikalı alimlərin dediklərinə görə, qlobal miqyasda temperatur artımı sürətlə davam edir və bu yay son 145 ilin ən isti yayı ola bilər.

Atmosferin dəm qazı ilə zəhərlənməsinin həcminin artması, "istixana effekti"nin güclənməsi və meşələrin qırılması, habelə buzlaqların əriməsi temperatur artımı şərtləndirən amillər arasındadır.
 

Sakit Okeanın şimal-şərq hissəsində "El Ninyo" cərəyanında suyun hərarətinin artması da qlobal miqyasda havaları isidir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.