Maraqlı

Hansı bürcdən olan necə üzr istəyir?

9 Aprel 2015 14:52
42 Şərh     Baxış: 10 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bürclərə görə üzr istəməyin fərqli olduğunu bilirsiniz? Hansı bürcdən olanlar bunu necə edir və nəticələri nə olur? Milli.Az anspress-ə istinadən hansı bürcün necə üzr istəməli oduğunu təqdim edir.

Qoç
Bütün Qoçlar dünyanın ən şirin insanları olduqlarına inanırlar. Onlar üzr istəməli bir iş görmədiklərini, ya da demədiklərini düşünə bilərlər. Səhvlərini izah etsən belə sadəcə "üzr istəyirəm" deməklə kifayətlənirlər. Bundan artığını gözləməyin.

Buğa
Xətaları olduqda insanlarla üz-üzə gəlməkdən belə çəkinirlər. Üzr istəməklə araları yoxdur. Nə olubsa, olub. Bunun üçün çox dostlarını itirə bilərlər.

Əkizlər
Mübahisələri dərindən araşdırsanız, Əkzilərin haqlı olduqları üzə çıxacaq. Onlar da məhz belə olduğuna əmin olduqları üçün üzr istəməkdən qaçırlar.

Xərçəng

Bir Xərçəngin üzr istəməsini gözləyirsinizsə, peşman olarsınız. Onlar haqsız olduqları zaman belə özlərini haqlı çıxaracaq tərəflər tapırlar. Sonda özünüzü üzr istəyən yerdə görsəniz, təccüblənməyin.

Şir
Şirlər xətalarını aradan qaldırmaq üçün əllərindən gələni edirlər. Sizi çiçəklərə qərq edər, ayaqlarınıza qapanar. Ona qarşı çıxmaq mümkün deyil...

Qız
Qızlar üzr istəməkdən heç vaxt çəkinmirlər. Amma bunu nə zaman və necə edəcəklərini yaxşı hesablayırlar.

Tərəzi
Xətalarını etiraf etməkdən çəkinmirlər. O qədər səmimi şəkildə bunu edirlər ki, üzr istəmədən belə onları bağışlaya bilərsiniz.

Əqrəb

Üzrün bir protokol qaydası olduğuna inanırlar. Telefon və ya üzbəüz üzr istəmək yerinə, e-mail və ya məktubla üzr istəsələr, təəccüblənməyin.

Oxatan

Onların kitabında peşmanlıq, üzr yoxdur. "Xətasız qul olmaz" - onların həyat fəlsəfəsi budur. Başqalarından da üzr gözləmirlər.

Oğlaq
Kiminsə xətrinə dəydiklərinin fərqinə gec vara bilərlər. Amma bunu anladıqda sadə bir üzrlə kifayətlənmirlər. Nə üçün bunu etdiklərini, işin əslini detallarına kimi izah edirlər.

Dolça
Xətalarını o dəqiqə anlayır və qarşıdakı insanın könlünü almaq üçün işə başlayırlar. Demək olar ki, həmişə uğur qazanırlar.

Balıq
Balıq və üzr istəmək? Asanlıqla üzr istəməzlər. Onların hadisələrə baxış bucağı fərqlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.